Novruz və Ramazan bayramları münasibətilə sovqatlar ahılları sevindirdi

Əsas səhifə / XƏBƏRLƏR / Novruz və Ramazan bayramları münasibətilə sovqatlar ahılları sevindirdi

“PAŞA Sığorta” ASC Novruz və Ramazan bayram münasibətilə 50 ahıl ailəsini bayram sovqatları sevindirərək onlara təqdim olunmuşdur. AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova ahıllarla görüşərək onları bayramlar münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışdır.

Bayram sovqatları ilə sevindirilən ahıllar da öz növbələrində göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmiş, xeyir-dualarını vermişlər. Daha sonra yataq xəstələri evlərində ziyarət olunaraq bayram sovqatları təqdim edilmişdir. Göstərilən diqqət və dəstəyə görə “PAŞA Sığorta” ASC-nin rəhbərliyinə minnətdarlıq ifadə olunmuşdur.