Özündə milli-adət ənənələri özündə ehtiva edən Mübarək Ramazan və Novruz bayramları münasibətilə Qızıl Aypara Cəmiyyəti Nəsimi rayon bölməsi ATS FOOD MMC-nin dəstəyi ilə növbəti xeyriyyə aksiyasını həyata keçirib.
Aksiya çərçivəsində ehtiyaclı
30 (otuz) ailəyə və ahıl vətəndaşa
bayram sovqatları təqdim olunub. Şirkət tərəfindən istehsal olunan müxtəlif
qida məhsulları aztəminatlı və tənha yaşayan yaşlı insanlara paylanılıb. Bayram
ərəfəsində ehtiyacı olan insanların yanında olmaq, onların sevincinə şərik olmaq və sosial dəstəyi gücləndirmək əsas
məqsədlərimizdəndir.
Bayram günlərində belə
təşəbbüslər həmrəylik, paylaşma və humanizm dəyərlərinin təbliği baxımından
xüsusi əhəmiyyət daşıyır.Tədbir iştirakçıları rayon bölməsinə və şirkət
rəhbərliyinə öz minnətdarlıqlaını bildiriblər.