24 mart - ''Vərəmlə Mübarizə Günü''

Əsas səhifə / XƏBƏRLƏR / 24 mart - ''Vərəmlə Mübarizə Günü''
 March 24 is celebrated as the World Tuberculosis Day

2026-cı il martın 24-də ''Vərəmlə Mübarizə Günü'' ilə əlaqədar Sağlamlığa Xidmət İctimai Birliyi olaraq Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və TƏBİB-in Ağciyər Xəstəlikləri Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Vətəndaş Cəmiyyətlərinin olduqca interaktiv panel müzakirəsi aparıldı. QHT-lərin vərəmlə mübarizədə uğurları və üzləşdiyi çətinliklər müzakirə olunub.


"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Elçin Muxtarlı, "Vərəmsiz Gələcəyə Doğru" İB-nin sədri Çingiz Ramazanlı, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Mətanət Qaraxanova və Sona Hacıyeva, "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin sədri Cəmilə Abdulova və "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB-nin sədri Səbinə Kərimovanın iştirakı ilə plenar sessiya keçirilib.


Sessiyada vərəmlə mübarizədə QHT-lərin verdiyi töhfələr, əldə olunan uğurlar və mövcud çətinliklər müzakirə edilib. Spikerlər Azərbaycanda vərəmlə mübarizədə QHT-lərin rolu, fəaliyyət sahələri, maliyyə və resurs baxımından üzləşdikləri çətinliklər, dövlət qurumları ilə əməkdaşlığın mövcud səviyyəsi və xəstələrin aşkarlanması istiqamətində əldə olunan nəticələr barədə fikirlərini bölüşüblər. Konfrans çərçivəsində cari ilin qlobal çağırışları və şüarları - "Vərəmə son!" və "Biz vərəmə qalib gələ bilərik!" xüsusi vurğulanıb.