AzQAC Nəsimi rayon bölməsinin təşəbbüsü

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Nəsimi rayon bölməsinin təşəbbüsü
 An initiative of the Nasimi district branch of the Azerbaijan Red Crescent Society

AzQAC-ın Nəsimi rayon bölməsində qeydiyyatda olan kimsəsiz və aztəminatlı ailələrə dəstək məqsədilə adının hallanmasını istəməyən  xeyirxah  iş adamı tərəfindən ərzaq bağlamaları təqdim edilib. Tədbirin əsas məqsədi cəmiyyətin həssas təbəqələrinə bayram sevincini yaşatmaq, onların gündəlik ehtiyaclarının qismən də olsa qarşılanmasına kömək etmək və cəmiyyətimizdə paylaşma, həmrəylik dəyərlərini təşviq etmək olub.

Bu xeyriyyə tədbiri mərhəmət, paylaşma və birlik rəmzinə — uyğun şəkildə, cəmiyyətimizdə qayğıkeşlik və həmrəylik ruhunu gücləndirməyə xidmət edir. QAC Nəsimi Rayon Bölməsinin sədri  Şəbnəm Bağırlı xüsusi olaraq vurğuladı ki,  artıq bzimlə əməkdaşlıq etmək istəyən xeyirxah iş adamlrının sayı artmaqdadır. Bu təşəbbüslərin artmasının  əhəmiyyətini vurğulayaraq, xeyriyyəçi insanlara öz  təşəkkürünü  bildirdi. Qeyd edək ki, bu tip xeyriyyə tədbirləri cəmiyyətdə sosial həmrəyliyin gücləndirilməsinə və ehtiyacı olan şəxslərə dəstəyin artırılmasına xidmət edir.