AzQAC-ın prezidenti növbəti görüşünü keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti növbəti görüşünü keçirib
The President of the Azerbaijan Red Crescent Society held a regular meeting with his voters

2026-cı il aprelin 9-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı şəhərində  növbəti dəfə vətəndaşları qəbul edib. 

Görüş rayonun Mollaisaqlı kəndində keçirilib. Sakinlər xüsusilə bir neçə küçə işıq dirəyinin yenilənməsinin və kəndarası yolların təmir edilməsinin vacibliyini diqqətə çatdırıblar. Millət vəkili qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.