2025-ci il aprelin 13-də AzQAC-də istehsalat təcrübəsində iştirak edən
tələbələr üçün sağlamlığa dair seminar təşkil olunub
Azərbaycan Qızıl Aypara Cəmiyyətində 15 ildən artıqdır ki, tələbələr üçün istehsalat təcrübə proqramı uğurla həyata keçirilir. Bu proqram çərçivəsində müxtəlif ali və orta ixtisas təhsil müəssisələrindən olan tələbələr iki ay müddətində AzQAC-ın fəaliyyət istiqamətləri ilə yaxından tanış olur, icma əsaslı fəaliyyətlər, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, sənədləşmə, beynəlxalq əlaqələr, könüllülük, icmaya əsaslanan sağlamlıq, miqrasiya və digər sahələr üzrə bilik və bacarıqlar əldə edirlər.
Proqram çərçivəsində tələbələr üçün “İcmaya əsaslanan sağlamlıq” mövzusunda seminar təşkil olunub. Seminar zamanı əhalinin sağlamlığının qorunması, profilaktik tədbirlərin əhəmiyyəti və icma səviyyəsində sağlam həyat tərzinin təşviqi ilə bağlı geniş məlumatlar təqdim olunub.