2026-cı il aprel 20-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasınin (Beynəlxalq Federasiya) birgə təşkilatçılığı ilə Lənkəranda "Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda beşgünlük təlimə start verilib. Lənkaran şəhərinin "Xəzər Palace" mərkəzində keçirilən təlimdə qurumun Baş Qəraragahının rəhbər heyəti, regional mərkəzlərinin koordinatorları, rayon bölmələrinin sədrləri iştirak edirlər.
Beynəlxalq Federasiyanın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməmkdaşları-təlimin
fasilitatorları tərəfindən təlimin başlanğıc hissəsində Fövqəladə Hallar zamanı
Fəal cavab tədbirlərinə hazırlıq (PER) mexanizminin izahı (Sahələr, Komponentlər,
Qiymətləndirmələr və Mülahizələr),
yaranma tarixi, ondan öncə olan sənədlər (Yaxşı Hazırlanmış Milli Cəmiyyətlər,
Milli Cəmiyyətlərin hazırlığı qaydaları, Fəlakətlərə Cavabdehlik Potensialının
Gücləndirilməsi) təşəbbüsləri və s.), atılan addımlar haqqında məlumatlar
verilmişdir. Eyni zamanda iştirakçılara
praktiki olaraq PER prosesin ailəti təqdim olunmuş və onun doldurulması üzrə ətraflı
izahatlar verilmişdir. Təlimin fasilitatorları qeyd etmişdir ki, beş günlük təlim
zamanı iştirakçılar tərəfindən Siyasət, Strategiya və Standartlar, Analiz və
Planlaşdırma, Operativ Potensial və Dəstək, Koordinasiya kimi sahələr şərh
olunduğda son mərhələ kimi iki illik İş Planı tərtib ediləcək.
Beləliklə təlimin ilk günündə tapşırıqlara əsasən tədbirdə qeyd
olunan sahələrə ümumi nəzər salınaraq, başlanğıc kimi Siyasət, Strategiya və
Standartlar üzrə müzakirələr aparıldı və plenar təqdimatlar olunmuşdur. Bu
prosesdə iştirakçılar tərəfindən böyük maraq və fəalliq nümayiş etdirilmişdir.
Vacib amillərdən biri odur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
hüquqi bazası yaxşı səviyyədə qurulub və vacib sənədlərlə müşaiət olunur (AzQAC
haqqında Qanun 2007; Qızıl Xaç və Qızıl Aypara Emblemləri haqqında Qanun 2001;
1994-2007-ci illər arasında AzQAC ilə bağlı qəbul edilmiş müvafiq Sərəncamlar,
AzQAC-ın Nizamnaməsi). Sənədlərdə AzQAC missiyası və mandatı, Qızıl Xaç və
Qızıl Aypara Hərəkatının Fundamnetal Prinsipləri öz əksini tapıb. Bunula yanaşı
cəmiyyəin 2026-2030-cu illəri əhatə edən Strateji Plan, bir sıra siyasətlər tərtib
edilib, dövlət strukturları ilə Anlaşma Memorandumları mövcuddur. Bunlarla
yanaşı bu sənədlərin aktiv şəkildə istifadə olunması, onlar haqqında cəmiyyət
daxili və xarici səviyyədə lzımı yayım tədbirlərin, təbliğatın aparılması, əlavə
olaraq Fövqəladə Hallar üzrə strategiya və əl əxsus siyasətin üzərində işlənməsi
zəruridir.
Birinci günün yekununda bütün məlumatlar toplanılmış və bündan öncə
doldurulmuş alətə daxil edilmişdir. Təlimin ikinçi günündə növbəti sahə üzrə
müzakirələr və praktiki işlər davam olunacaq.