"Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda beşgünlük təlimin üçüncü günü

Əsas səhifə / XƏBƏRLƏR / "Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda beşgünlük təlimin üçüncü günü
 The third day of the five-day workshop on “Preparedness for Effective Response (PER) and Self-Assessment in Emergency Situations”

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Federasiyası tərəfindən "Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda  təşkil edilmiş beşgünlük təlimin üçüncü günü davam olunur.


Ənənəvi olaraq günün əvvəlində AzQAC və Beynəlxalq Federasiyanın fasilitatorları tərəfindən gündəlik təqdim edilmiş və keçən gün müzakirə olunan Analiz və Planlaşdırma, Operativ Dəstək, Koordinasiya mövzuların xülasəsi aparılmışdır.  Hər iki gündə olduğu kimi, mövzulara dair  qiymətlənidirilmələr keçirilmiş, bu sahələrdə də lazım olunan sənədlərin tərtib olunması, müvafiq təşkilatı işlərin qurulmasının vacibliyi qeyd olunmuşdur.


Növbəti komponentlər üzrə (Operativ potensial-Milli Cəmiyyət səviyyəsində Müdaxilə Sahələri, Milli Cəmiyyətin Potensialının Xəritələşdirilməsi, Fövqəladə Hallar Zamanı Ehtiyacların Qiymətləndirilməsi, Fövqəladə Operativ Mərkəzinin yaradılması, Məlumatın İdarə Olunması, Regional və Beynəlxalq səviyyədə Dəstəyin gözlənilməsi və Operativ Dəstək-Mühafizə və Təhlukəsizliyin İdarə olunması, Operativ şəraitdə Qiymətləndirmə və Hesabat, İşçi Heyyəti və Könüllülərin İdarə Olunması, Təchizat, Kommunikasiya, Maliyyə sistemlərin İdarə olunması və İşlənməsi) iştirakçılar tərəfindən müzakirələr aparıldı və fikirlər bildirildi.


Müzakirələr əsanasında fövqəladə hallar zamanı Milli Cəmiyyətin mandat və missiyasına və ölkədəki qanunvericiliyə uyğun olaraq, müvafiq, vaxtında və səmərəli müdaxiləsi üçün bütün sistemlərin mövcudluğu və yaxşı səviyyədə fəaliyyət göstərilməsinin vacibliyi vurğulanmalıdır.

Eyni zamanda Milli Cəmiyyət sahələri şərh edərək onları prioritetləşdirib bu anlayışdan irəli gələrək qurur, inkişaf edirir və gücləndirir. Bu prioritetləşdirmə Milli Cəmiyyətin həyata keçirmə imkanları, sahənin təsir nöqteyi nəzərdən vacibliyinə arxalanır.


Plenar müzakirələr əsasında hal hazırki vaxtda AzQAC tərəfindən İşçi Heyəti və Könüllülərin İdarə sisteminin təşkmilləşdirilməsi, Fövqəladə Hallar üzrə Strategiya və Siyasətin tərtib olunması, Planlaşdırma prosesinin təkmilləşdirilməsi, Milli və Yerli Dövlət Strukturları ilə Koordinasiyanın gücləndirilməsi, Kommunikasiya sahəsində işlərin genişlənidirlməsi və Təchizat sahəsində lazımı sənədləşməyə baxılması üzrə müvafiq addımlar atılmalıdır.


Beləliklə, növbəti günün vəzifəsi prioritet sahələrə əsaslanaraq iş planın tərtib edilməsidir.