"Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda beşgünlük təlimin dördüncü günü

Əsas səhifə / XƏBƏRLƏR / "Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda beşgünlük təlimin dördüncü günü

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Federasiyası tərəfindən "Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda  təşkil edilmiş beşgünlük təlimin dördüncü günü davam olunur.

Bu günkü gündə də günün əvvəlində AzQAC və Beynəlxalq Federasiyanın fasilitatorları tərəfindən gündəlik təqdim edilmiş və keçən gün müzakirə olunan Operativ Potensial (Milli Cəmiyyət səviyyəsində Müdaxilə Sahələri, Milli Cəmiyyətin Potensialının Xəritələşdirilməsi, Fövqəladə Hallar Zamanı Ehtiyacların Qiymətləndirilməsi, Fövqəladə Operativ Mərkəzinin yaradılması, Məlumatın İdarə Olunması, Regional və Beynəlxalq səviyyədə Dəstəyin gözlənilməsi) və Operativ Dəstək (Mühafizə və Təhlukəsizliyin İdarə olunması, Operativ şəraitdə Qiymətləndirmə və Hesabat, İşçi Heyyəti və Könüllülərin İdarə Olunması, Təchizat, Kommunikasiya, Maliyyə sistemlərin İdarə olunması və İşlənməsi)  mövzuların xülasəsi aparılmışdır.  Digər gündə olduğu kimi, mövzulara dair  qiymətlənidirilmələr keçirilmiş, bu sahələrdə də lazım olunan sənədlərin tərtib olunması, müvafiq təşkilatı işlərin qurulmasının vacibliyi qeyd olunmuşdur.

Növbəti addımda Milli Cəmiyyətın əməkdaşları sahələri şərh edərək, onları prioritetləşdirib, bu prosesdən irəli gələrək, iş planının tərtib olunmasında iştirak etmişlər. Bu prioritetləşdirmə Milli Cəmiyyətin həyata keçirmə imkanları, sahənin təsir nöqteyi nəzərdən vacibliyinə arxalanır.

Beləliklə "Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda beşgünlük təlimin bütün mərhələləri əhatə olunaraq təlim üzrə bütün tələbatlar yekunlaşdırılmışdır.