24 aprel 2026-cı il tarixində Lənkəran şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) birgə təşkilatçılığı ilə keçirilən "Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq (PER) və Özünü qiymətləndirmə" mövzusunda təlim uğurla başa çatdırıldı.
Beş gün davam edən intensiv proqram müddətində iştirakçılar fövqəladə hallara çevik və effektiv reaksiya verilməsi üçün zəruri olan mexanizmləri, resursların idarə olunmasını və beynəlxalq PER (Preparedness for Effective Response) standartlarını dərindən öyrəndilər. Təlimin əsas hissəsini təşkil edən "Özünü qiymətləndirmə" sessiyaları vasitəsilə cəmiyyətin mövcud potensialı təhlil edilib gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
Təlimin yekun gününün açılışında çıxış edən
AzQAC-ın İcraçı Katibinin müavini və tədbirin aparıcısı Səbinə Məhbubi-İran
bütün iştirakçılar adından AzQAC-ın Prezidenti, Milli Məclisin deputatı cənab
Novruz Aslanovu salamlayıb, beş gün ərzində görülən işlərin nəticəsi və əldə
olunan nailiyyətlər barədə geniş məruzə ilə çıxış edərək, təlimin gedişatını əks
etdirən təqdimatını diqqətə çatdırıb. Eyni zamanda qrup iştirakçıları tərəfindən
vurğulandı ki, bu təlim fövqəladə hallar zamanı daha koordinasiyalı və peşəkar
fəaliyyət göstərmək üçün yeni praktiki biliklər qazandırıb cəmiyyətin gələcək
humanitar missiyalarında effektivliyi maksimum dərəcədə çatdırmağa imkan verəcək.
Tədbirin birgə təşkilatçısı olan Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) Bakı
ofisinin rəhbəri cənab Aleksandr Mordovin nümayəndə heyyəti adından çıxış edərək
qeyd etdi ki, bu təlim fövqəladə hallar zamanı fəal cavab tədbirlərinə
hazırlıqlı olmasına kömək edərək Milli Cəmiyyətə öz potensialını sistematik şəkildə
qiymətləndirməyə imkan yaradır. Beynəlxalq Federasiyanın əsas hədəfi hər bir
Milli Cəmiyyətlərin potensialının gücləndirilməsində, ekspertlərin vasitəsilə
lazımı biliklərin təqdim olunmasında, resursların səfərbər olmasında dəstək verməkdən və fəlakətlər baş verməmişdən
öncə MC-in hazırlıq səviyyəsini artıraraq, zərər çəkmiş insanlara daha səmərəli
yardım etməkdə şəraitin yaradılmasındadır. Bu hədəfə qarşı AzQAC-ın bu beş gündə
göstərdiyi fəallıq və təşşəbüslük Beynəlxalq Federasiya tərəfindən yüksək qiymətləndirilir.
Tədbiri yekunlaşdırmaq və son sözlər və tövhələrlə
çıxış etmək üçün söz AzQAC-nin prezidenti cənab Novruz Aslanova verildi. Tədbir
iştirakçılarını salamlayaraq, Novruz müəllim nitqinin başlanğıcında belə bir tədbirin
vacib olduğunu qeyd etdi. Dünyada baş verən hadisələr bizə bir şeyi aydın göstərir
ki, böhran anında uğurun açarı sadəcə sürətli reaksiya deyil, həmin ana qədər
görülən sistemli hazırlıq işidir.
Bu günlər ərzində AzQAC-nin böyük işçi heyyətinə
imkan yaradıldı ki, “Fövqəladə Hallar zamanı Fəal cavab tədbirlərinə hazırlıq
(PER) mexanizmi”nin öyrənilməsi ilə yanaşı (mexanizm haqqında, onun komponentləri,
üsulları, alətləri), eyni zamanda, bu mexanizmə əsaslanaraq Siyasət, Strategiya
və Standartlar, Analiz və Planlaşdırma, Operativ Potensial və Dəstək,
Koordinasiya kimi sahələr üzrə zəif və güclü tərəflər dürüst şəkildə giymətləndirilsin,
şərh olunsun, mövcud alətlər təsdiq edilərək, gələcək addımlar müəyyənləşdirilsin.
Bu mövcud imkanların necə effektiv istifadə edə biləcəyini müəyyən etməkdə kömək
edir. “Biz əməliyyat imkanlarımızı, resurslarımızın idarə olunmasını və
koordinasiya mexanizmlərimizi beynəlxalq standartlar çərçivəsində və ölkə
daxili tələbatlara uyğun olaraq təhlil etdikdə, yalnız mövcud boşluqlarımızı
deyil, həm də gələcəkdə daha effektiv, çevik cavab tədbirləri görmək üçün real
potensialımızı üzə çıxarmış və fövqəladə hallara hazırlıq səviyyəmizi maksimuma
çatdıracaq konkret fəaliyyət planının yol xəritəsini müəyyən etmiş oluruq.
Hazırlıqlı olmaq – həyat xilas etməkdir.” deyərək Novruz müəllim müraciətini
başa çatdırdı.
Son olaraq, Novruz müəllim bütün iştirakçıları səmərəli diskussiyalar, fəal iştirak və
uğurlu prosesin aparılmasına görə alqışlayaraq, Beynəlxalq Federasiyanın əməkdaşları,
yerli nümayəndəliyə təlimin təşkilində dəstək üçün təşəkkürünü bildirdi və gələcək
birgə fəaliyyətlər və təşəbbüslərdə uğurlar arzuladı.
Bununla da beşgünlük intensiv təlim proqramı uğurla
başa çatdırıldı. Tədbirin sonunda iştirakçılar və təşkilatçı heyət bu əlamətdar
günü əbədiləşdirmək üçün birgə xatirə şəkli çəkdirdilər.