25-26 aprel
2026-il tarixlərində Lənkaran şəhərində AzQAC
Lənkaran və Yardımlı Rayon bölmələrinin AzQAC Lənkaran RM-nin təşkilatçılığı,
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının maliyyə və
texniki dəstəyi ilə işçi heyyəti və könüllülərinə “Humanitar Xidmət Mərkəzinin
qurulması ”, “Kimyavi Bioloji Radioloji Nüvə silahları istifadə olunduğu şəraitdə
könüllülərin rolu və davranışı”, “İlk Yardım/İlk Psixoloji Yardım və
Psixososial Dəstək ” mövzularında təlim keçirilib. İki günlük təlimin əsas
məqsədi — böhran zamanı həm özünü, həm də əhalini qorumağı bacaran, peşəkar və
dayanıqlı könüllü komandası yaratmaqdır.
Təlim AzQAC-ın İcraçı katibinin
müavini/Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran, İcraçı Katibin müavini
Elşən Səlimzadə və cəmiyyətin İlk yardım koordinatoru Şahin Biləndərli tərəfindən
keçirilib.
Təlimin təqdimat
hissəsində Səbinə Məhbubi-İran və Elşən Səlimzadə tərəfindən könüllülərə müraciət
olunub.
Xüsusi olaraq qeyd edildi ki, hazırlıqlı könüllü təhlükəsiz Milli Cəmiyyət deməkdir.
Könüllü kömək etməklə yanaşı, həm də hazırlıqlı olmalı, lazımı bilik və
bacarıqları əldə etməlidir. Fövqəladə hallar xəbərdarlıq etmədən baş verib. Kimyəvi, bioloji,
radioloji və nüvə (CBRN) təhdidləri,
yardım mərkəzlərin yaradılması və iş
prinsipləri, İlk Yardımın, İlk Psixoloji Yardım və Psixososial dəstək üzrə
biliklərin mənimsəmlənməsi və müvafiq köməyin göstərilməsi üçün xüsusi hazırlıq
tələb edib.
Məhz bu səbəbdən AzQAC könüllüləri üçün yuxarıda qeyd olunan mövzular əasasında
silsilə təlimlər təşkil olunub.
İki günlük
intensiv təlim proqramı çərçivəsində iştirakçılara ilk növbədə Kimyəvi,
Bioloji, Radioloji və Nüvə təhlükələrinin mahiyyəti və dörd əsas təhlükə qrupu
barədə geniş məlumat verilib.
Təlimdə könüllülərin böhran anındakı rolu, davranış qaydaları və səlahiyyət çərçivələri
«Özünə zərər verməmək» alqoritmi əsasında izah edilmiş, təhlükə zonalarının xəritələndirilməsi,
ilk 10 dəqiqədə operativ hərəkət planı, fərdi müdafiə vasitələrindən istifadə və
dekontaminasiya qaydaları praktiki şəkildə nümayiş olunub. Eyni zamanda, əhali ilə
işin xüsusiyyətləri diqqət mərkəzində saxlanılaraq, fövqəladə hallar zamanı
yayılan şayiələrin qarşısının alınması metodları iştirakçılara təqdim edilib. Təlimin növbəti mərhələsində
isə Humanitar Xidmət Mərkəzlərinin yaradılmasının
səbəbləri, yaradılma zərurəti, fəaliyyət prinsipləri, təqdim olunan xidmətlərin
təşkili qaydaları ətraflı şəkildə izah olunub.
Böhran anında tam dəstəyin
göstərilməsinə İlk Yardımdan başlayaraq İlk Psixoloji Yardım, Psixososial Bərpaya
Qədər göstərilən xidmətlər daxildir. Gözlənilməz hadisələr və fövqəladə hallar
zamanı insan həyatını xilas etmək tibbi müdaxilə ilə yanaşı, həm fiziki, həm də
mənəvi bütövlüyün qorunmasını tələb edib. İlk yardım – hadisə
yerində peşəkar tibbi heyət gələnə qədər həyata keçirilən operativ müdaxilədir.
Burada əsas məqsəd həyati funksiyaları qorumaq, qanaxmalar, sınıqlar, kritik
hallar zamanı ilk yardım göstərmək və vəziyyətin ağırlaşmasının qarşısını
almaqdır. Lakin fiziki yara sağalmağa başlasa da, hadisənin buraxdığı izlər insanın
daxili dünyasında qalıb.
Məhz bu məqamda ilk psixoloji yardım dövrəyə girir. İPY çətin vəziyyətdə olan
insana göstərilən ilk praktiki dəstəkdir. "Bax, Dinlə, Əlaqə qur"
prinsipləri üzərində qurulan bu addım, zərərçəkmişi sakitləşdirməyə, onu təhlükəsiz
hiss etdirməyə və tənha olmadığını hiss etdirməyə xidmət edib. Böhranın kəskin mərhələsi
keçdikdən sonra isə psixososial dəstək prosesi başlayıb. Bu mərhələ fərdin, ailələrin
və icma üzvlərinin yenidən cəmiyyətə adaptasiyasına və sarsıntıdan sonrakı
uzunmüddətli bərpasına yönəlir, insanların öz daxili resurslarını kəşf etməsinə
və sosial bağlarını gücləndirməsinə kömək edib.
İki günlük təlim mövzular
əsasında izahatlarla yanaşı, eyni zamanda grup işləri və praktiki məşğələlər də
müşayiət olunub.
İşçilərə və könüllülərə verilən biliklərə dair belə bir tapşırıqların mütəmadi
olaraq öz aralarında təşkil edilməsi tövsiyə edilib.
Tədbirin sonunda AzQAC-ın Lənkəran Regional Mərkəzinin
koordinatoru Zəfər Miriyev çıxışında qeyd etdi ki, hər hansı sa bir böhranda (zəlzələ,
qəza, gözlənilməz kimyəvi silahların istifadəsi, insan axını) baş verdikdə insanlar
panika içində olur və onların köməyə ehtiyacı var. Könüllülər nə etməli, hara getməli,
necə özlərini və digərlərini qorunmalarını bilməlidir. Ona
görə də işçi heyəti və könüllüləri üçün aparılan silsilə və regionun aparıcı bölmələrini əhatə edən təlimlərin
keçirilməsinə görə minnətdarlığını bildirərək, bu biliklərin mütəmadi olaraq
xatırlamasının vacibliyi vurğuladı. Cünki, humanitar fəlakətlər zamanı ən böyük
güc — hazırlıqlı insandır və bilikli, hazırlıqlı işçi heyyəti və könüllülər böhranlar
zamanı aparıcı qüvvədir.