AzQAC-da tələbələr üçün “Sağlam yaşlanma” mövzusunda seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da tələbələr üçün “Sağlam yaşlanma” mövzusunda seminar keçirilib

2026-cı il aprelin 30-da Azərbaycan Qızıl Aypara Cəmiyyətində istehsalat təcrübəsində iştirak edən tələbələr üçün “Sağlam yaşlanma. Yanımdakı yaşlı insan” mövzusunda seminar keçirilib.

Seminarın məqsədi iştirakçılara Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Sağlam yaşlanma” proqramının məzmununu təqdim etmək olub. AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi və BQXQACF-nin “Sağlam yaşlanma” üzrə təlimçisi (könüllü) Mətanət Qaraxanova mövzu ilə bağlı ətraflı təqdimatla çıxış edib.

Seminar zamanı iştirakçılara yaşlı insanların orqanizmində baş verən dəyişikliklər, onların ehtiyacları, qarşılaşdıqları problemlər və mövcud stereotiplər barədə geniş məlumat verilib. Həmin gün Azərbaycan Universitetinin sosial iş ixtisası üzrə təhsil alan tələbələri üçün də eyni mövzuda seminar təşkil olunub.