Könüllülərlə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Könüllülərlə görüş keçirilib

2026-cı il mayın 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Ofisində Xocavənd Rayon Bölməsinin könüllüləri ilə geniş tərkibli görüş təşkil olunub.

Görüşün əsas məqsədi könüllülərlə açıq və səmərəli müzakirələrin aparılması, qarşılıqlı fikir mübadiləsinin gücləndirilməsi, eləcə də fövqəladə hallara çevik və effektiv reaksiya verilməsi üçün zəruri mexanizmlər və resursların idarə olunması məsələlərinin müzakirəsi olub. Tədbir çərçivəsində risklərin azaldılması, operativ koordinasiya və mina təhlükəsi ilə bağlı maarifləndirmə mövzularına xüsusi diqqət yetirilib.

Görüşdə AzQAC-ın İcraçı katibinin müavini Məmməd Kətanov, Qarabağ Regional Mərkəzinin koordinatoru Afaq Hüseynzadə və Axtarış şöbəsinin müdiri Tahir İmanov iştirak ediblər. Əməkdaşlar könüllülərlə aktiv müzakirələr apararaq, bu sahədə qarşılaşılan çətinliklər, praktiki təcrübə və gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikir və təklifləri dinləyiblər.

Görüşün sonunda iştirakçılar belə müzakirələrin mütəmadi təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.