Dərin hüzn və böyük ehtiramla bildiririk ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü, şəfqət bacısı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının “Florence Nightingale” medalına layiq görülmüş 44 günlük Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova Vətən uğrunda canından keçərək adını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdırmışdır. Bu gün onun doğum günüdür. Arəstə Baxışova Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən savaşda misilsiz qəhrəmanlıq və fədakarlıq nümayiş etdirmiş, Vətənə sədaqətin, cəsarətin və əyilməz iradənin parlaq nümunəsinə çevrilmişdir.
Onun göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olaraq yaşayacaqdır.
Onun xatirəsi hər zaman dərin ehtiramla yad ediləcək, adı daim uca tutulacaqdır.