Arəstə Baxışovanın xatirəsi anıldı

Əsas səhifə / XƏBƏRLƏR / Arəstə Baxışovanın xatirəsi anıldı

Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının “Florence Nightingale” medalı ilə təltif olunmuş, 44 günlük Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür. Arəstə Baxışova Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz igidlik və fədakarlıq göstərərək, Vətənə bağlılığın, cəsarətin və sarsılmaz iradənin parlaq simvoluna çevrilmişdir. O, tibb bacısı kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti xətti ilə səhiyyə maarifi işinin təşkilində xüsusi fəallıq gösdərilib.

Arəstə Baxışovanın doğum günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi tərəfindən məzarı ziyarət edilib və əziz xatirəsi ehtiramla yad olunub və məzarı üzərinə əklil qoyulmuşdur.

Allah rəhmət eləsin, ruhu şad olsun!