AzQAC-da PER planı üzrə fəaliyyətlər müzakirə olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da PER planı üzrə fəaliyyətlər müzakirə olunub

2026-cı il mayın 6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətində “Fövqəladə Hallar zamanı Fəal Cavab Tədbirlərinə Hazırlıq (PER) və Özünüqiymətləndirmə” mövzusunda növbəti görüş keçirilib.

Görüşün əsas məqsədi 5 günlük təlim müddətində aparılmış müzakirələr və hazırlanmış qeydlər əsasında PER planı üzrə fəaliyyətləri ümumi şəkildə nəzərdən keçirmək, prioritet istiqamətləri müəyyənləşdirmək və zərurət yarandığı halda növbəti mərhələdə kiçik işçi qrupları formatında əlavə görüşlərin təşkili imkanlarını müzakirə etmək olunub.

Görüş zamanı müxtəlif istiqamətlər üzrə görülmüş işlərin icra vəziyyəti, mövcud ehtiyaclar və qarşıdakı addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb.