Cari ilin 5 may tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 4-cü fazası (PPRD East4) çərçivəsində “Mülki müdafiə sahəsində prioritetlər və ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilmişdir.
Seminarda Slovakiyanın Daxili işlər nazirliyinin Mülki müdafiə və böhranların idarəedilməsi xidmətinin, İtaliyanın Mülki müdafiə departamentinin tərəfdaşları CİMA tədqiqat fondunun və İtaliyanın xilasetmə və humanitar yardım üzrə CİSOM könüllülər təşkilatının mütəxəssisləri iştirak etmişdir.
AzQAC-ı İcraçı Katibin müavini və Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran təmsil etmişdir.
Seminarın əsas məqsədi mülki müdafiə sahəsində mövcud prioritetlərin
müəyyənləşdirilməsi, təbii və texnogen xarakterli fəlakətlərin qarşısının
alınması, onlara hazırlıq və effektiv cavab tədbirlərinin gücləndirilməsi
istiqamətində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və müvafiq qurumlar
arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
Məlumat üçün qeyd etmək lazımdır ki, PPRD East 4 (Şərq Tərəfdaşlığı
ölkələrində təbii və insan amilli fəlakətlərin qarşısının alınması, hazırlıq və
reaksiya — 4-cü mərhələ) Avropa İttifaqının dörd il ərzində (2025-2029) həyata
keçiriləcək regional proqramıdır. Programın məqsədi Şərq Tərəfdaşlığı ölkələrində
(Azərbaycan, Ermənistan, Moldova və Ukrayna) mülki müdafiə sistemlərinin gücləndirilməsi
və Aİ-nin Mülki Müdafiə Mexanizmi (UCPM) ilə əməkdaşlığın artırılmasıdır. Əsas əhatə
edilən istiqamətlər:
-Fəlakət risklərinin idarə edilməsi;
-Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi
və fövqəladə hallar riskli olan ərazilərin xəritələşdirilməsi;
-Erkən xəbərdarlıq sistemlərinin modernləşdirilməsi;
-Beynəlxalq yardım prosedurlarının təkmilləşdirilməsi;
-Monitoring və qiymətləndirmələr əsasında aparılan
fəaliyyətlərin təkmilləşdirilməsində dəstəyin göstərilməsi.
Belə ki, məqsədə uyğun olaraq seminar zamanı sözügedən proqram çərçivəsində əməkdaşlıq istiqamətləri və perspektivlərinin müzakirəsi aparılmışdır. Seminarın qedişatında dəvət olunmuş ekspertlər tərəfindən PPRD EAST4 programının təqdimatı ilə yanaşı iştirakçılara fikir mübadiləsi üçün maraqlı suallar verilmişdir. Suallar fəlakətlər zamanı işin qurulması, icmalar və könüllülərin iştirakı və cəlb olunması, tərəfdaş təşkilatlarla əməkdaşlıq və onlar tərəfindən aparılan fəaliyyətlər haqqında bilik səviyyəsi, məlumatın idarə olunması (toplanılması, təsdiqi, analizi, yayımı), beynəlxalq yardımın cəlb edilməsi qaydaları, qiymətləndirmələrin aparılma qaydası və haırlıq səviyyəsi sahələrini əhatə etmişdir.
Söhbət əsnasında qeyd olunmuşdur ki, hər hansısa bir fəlakət baş verdikdə Fövqəladə Hallar üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Komisiyya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, fövqəladə halların (təbii fəlakətlər, böyük qəzalar, epidemiyalar və s.) qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq məqsədilə yaradılır. Qeniş anlayışda Komissiyanın əsas vəzifələri ölkədaxili koordinasiyanın təmin edilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı müvafiq dövlət qurumlarının, qəza-xilasetmə və bərpa xidmətlərinin işini bir mərkəzdən idarə edilməsi, tərəfdaş təşkilatlarla işin qurulması, beynəlxalq dəstəyin idarə edilməsi, baş vermiş fövqəladə hadisələr zamanı lazımi qüvvə və vasitələri səfərbər edib, xilasetmə və bərpa işlərinə rəhbərlik etməkdən ibarətdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Komissiyanın (və ya ümumilikdə fövqəladə hallara hazırlıq və reaksiya üzrə dövlət sisteminin) üzvü və tərəfdaşıdır.
Müzakirələrin yekunu olaraq, məlumatların rəqəmsallaşdırılması, Erkən Xəbərdarlıq Sisteminin (EXS) modernləşdirilməsi, qurumlararası koordinasiyanın gücləndirilməsi fəaliyyətin əsas prioritet istiqamətləri kimi müəyyən edilmişdir.
Seminarın qedişatına və müzakirələ əsaslanaraq xarici mütəxəssislər FHN-in fəlakətlərin idarə olunması və qarşısının alınması sahəsindəki fəaliyyətini və hazırlıq səviyyəsini, qanunvericilik və sənədləşdirmə bazasını yüksək qiymətləndirmişlər. Bununla yanaşı, müvafiq istiqamətlər üzrə işin daha da təkmilləşdirilməsi üçün zəruri dəstək göstərməyə hazır olduqlarını bildirmişlər. Seminarın növbəti mərhələsi olaraq, Avropa İttifaqı mütəxəssisləri tərəfindən müvafiq qiymətləndirmələrin aparılacağı, ehtiyacların və göstəriləcək dəstəyin müəyyən ediləcəyi bildirilmişdir.
Qeyd etmək lazımdır ki, AzQAC PPRD East programının bundan öncə olan
mərhələlərinə qoşularaq bu programlar çərçivəsində müxtəlif seminarlar (BAT4,
OPM1 və s.) və mühüm görüşlərdə (Expertlərin fikir mübadiləsi, Qiymətləndirmə
üzrə Tapşırıqlar) fəal iştirak etmişdir. AzQAC-ti mandat və missiyasına, aparıcı
qurumlarla bağladığı razılaşmalara (həmçini FHN ilə olan Anlaşma Memorandumuna)
əsasən və həyata keçirtdiyi fəaliyyətlərin vasitəsilə program çəçivəsində əhatə
olunan icmalarla və geniş ictimayyətlə iş, onların erkən xəbərdar olması,
lazımı biliklərlə təmin edilməsi, könülülərin cəlb olunması sahələrində öz tövhəsini
verməkdədir.