2026-cı il mayın 6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri tərəfindən Sumqayıt Gənclər Evinin könüllü gəncləri üçün “İlk Yardım” mövzusunda praktiki təlim keçirilib.
Təlim zamanı huşsuz, lakin nəfəs alan zərərçəkənə yardım və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxmalar, sınıqlar, yaralar və yanıqlarla bağlı iştirakçılara ətraflı məlumat verilib, həmçinin praktik nümunələr nümayiş etdirilib.
İnteraktiv formada keçirilən təlim zamanı könüllülərin sualları cavablandırılıbvə iştirakçılar praktiki məşğələlərdə fəal iştirak ediblər.