AzQAC-da mina və PHS təhlükələrinə dair maarifləndirmə təşkil olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da mina və PHS təhlükələrinə dair maarifləndirmə təşkil olunub
 Awareness sessions on hazards of mines and explosive remnants of war was organized by the Azerbaijan Red Crescent Society.

AzQAC-ın Ağdam, Bərdə və Tərtər rayon bölmələrinin könüllüləri tərəfindən məktəb və “Qapı-qapı” formatında təşkil olunan sessiyaların əsas məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorlarını minimuma endirmək olub. Könüllülər evlərə baş çəkərək sakinlərə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.

Sessiyalar zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə məlumat verilib, maarifləndirici broşürlər paylanılıb. Fəaliyyət müddətində yerli qurumlarla müvafiq koordinasiya təşkil olunaraq könüllülərin fəaliyyəti üçün zəruri şərait yaradılıb.

Sakinlər maarifləndirmə sessiyalarının əhəmiyyətini xüsusi vurğulayaraq bu fəaliyyətləri rəğbətlə qarşılayıb, göstərilən dəstəyə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.