AzQAC İdrak Liseyinin şagirdləri ilə görüş təşkil edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC İdrak Liseyinin şagirdləri ilə görüş təşkil edib
 The Azerbaijan Red Crescent Society held a meeting with students from the "Idrak" Lyceum

2026-cı il mayın 7-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tədbirdə İdrak Liseyinin məktəbliləri iştirak edib. Şagirdlər üçün həm əyləncəli, həm də öyrədici proqram hazırlanmışdı.

İlk olaraq uşaqlara cizgi filmi nümayiş edilib. Daha sonra hərəkatın tarixi haqqında məlumat verilib. Tədbirdə Məmməd Kətan müxtəlif mövzulardan vacib bilgilər çatdırıb. Xüsusilə mina təhlükəsi barədə maarifləndirici söhbət böyük maraqla qarşılanıb. Şagirdlərə minalardan qorunma qaydaları izah olundu və təhlükəli ərazilərdə diqqətli olmağın vacibliyi vurğulandı.

Daha sonra doktor Şahin Biləndərli tərəfindən təlim keçirilib. Təlim zamanı ilk tibbi yardım və fövqəladə hallarda davranış qaydaları haqqında məlumat verilib. Məktəblilər praktiki nümunələr vasitəsilə faydalı biliklər əldə edib.

Tədbirin sonunda iştirakçılar muzeylə tanış olublar. Burada Azərbaycan Qızıl Aypara Cəmiyyətinə aid müxtəlif eksponatlar və tarixi materiallar nümayiş edib. Sonda isə şagirdlərə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə aid ləvazimatlar paylanılıb.

Bu cür tədbirlər məktəblilərin maariflənməsi, təhlükəsizlik qaydalarını öyrənməsi və humanitar fəaliyyətlərə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.