AzQAC-da 8 May – Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü qeyd olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da 8 May – Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü qeyd olunub
 8 May – World Red Cross and Red Crescent Day was celebrated by the Azerbaijan Red Crescent Society

2026-cı il mayın 8-də Azərbaycan Qızıl Aypara Cəmiyyətində 8 May – Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə AzQAC-ın əməkdaşları iştirak ediblər.

Tədbir zamanı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının humanitar fəaliyyəti, cəmiyyətə verdiyi töhfələr və AzQAC-ın həyata keçirdiyi fəaliyyətlər barədə çıxışlar edilib. Qeyd olunub ki, humanitar dəyərlərin təbliği və ehtiyacı olan insanlara dəstək göstərilməsi Hərəkatın əsas prinsiplərindəndir.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov çıxış edərək Hərəkatın dünya miqyasında həyata keçirdiyi humanitar missiyanın əhəmiyyətindən danışıb, AzQAC-ın bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb. O, humanitar fəaliyyətin inkişafında əməkdaşlıq və həmrəyliyin vacibliyini vurğulayıb.

Tədbirdə IFRC-nin Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Sonja Björklund və IFRC-nin Proqram və Əməliyyatlar Meneceri Aleksandr Mordovin də iştirak ediblər. Qonaqlar çıxışlarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirərək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Sonda 8 May – Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə tort kəsilib, xatirə şəkilləri çəkdirilib.