AzQAC Goranboy–Naftalan bölməsi 8 May münasibətilə ağacəkmə aksiyası təşkil edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Goranboy–Naftalan bölməsi 8 May münasibətilə ağacəkmə aksiyası təşkil edib
 In commemoration of 8 May – World Red Cross and Red Crescent Day, the Goranboy-Naftalan branch of the Azerbaijan Red Crescent Society held a tree-planting campaign.

AzQAC-ın Goranboy–Naftalan şəhər bölməsi 8 May – Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə ağacəkmə aksiyası həyata keçirib.

Aksiya çərçivəsində könüllülər və əməkdaşlar ətraf mühitin qorunmasına töhfə vermək, həmçinin humanitar dəyərləri təşviq etmək məqsədilə müxtəlif ağac tingləri əkiblər. Tədbirin əsas məqsədi ekoloji tarazlığın qorunmasına dəstək göstərmək və cəmiyyət arasında həmrəylik ruhunu gücləndirmək olub.

Sonda iştirakçılar bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.