Bu günlərdə Türk Kızılayın ev sahiblik etdiyi və Türk Qırmızı Şəbəkəsi (TQŞ) tərəfindən əlaqələndirilən “Təcrübə Paylaşımı və Potensialın Artırılması Proqramı” çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cavidan Muradov və təlimatçısı Azadə Qafarzadə, Axtarış şöbəsinin müdiri Tahir İmanov, Yayım Sektorun rəhbəri Nahidə Qadırovadan ibarət olan nümayəndə heyəti İnformasiya, İctimaiyyətlə Əlaqələr, Sosial Media, Korporativ Ünsiyyət, Tədbirlərin İdarə Edilməsi, Miqrasiya Xidmətləri və İzləmə Proqramlarına yönəlmiş təcrübəyə yönəlmiş təlim proqramında iştirak edib.
Proqram zamanı nümayəndə heyəti Türk Kızılayın sahə təcrübələrini birbaşa müşahidə etmək və əldə etdiyi bilikləri təcrübədən keçirmək imkanı əldə edib. Bu çərçivədə, onlar Ankara Vilayət Səhiyyə İdarəsi İctimai Səhiyyə Xidmətləri Departamentinin koordinasiyası altında təşkil edilən “Sağlamlıq üçün Hərəkət Günü” tədbirində iştirak etdilər və sahə təcrübələrini yaxından araşdırıblar.
Proqrama Türkiyə Kızılayının Arxiv və Muzeyi, həmçinin Anıtkabir (Atatürk Məqbərəsi) səfərləri də daxil olub və Türkiyənin humanitar yardım yaddaşı və ortaq tarixi dəyərləri
ilə bağlı müzakirələr geniş yer
verilib
Proqramın son
günündə Türk Kızılayın Beynəlxalq
Əlaqələr və Miqrasiya Xidmətləri üzrə Baş Direktoru cənab Alpər Küçük ilə qiymətləndirmə görüşü keçirilib. Görüşdə Türkiyə ilə Azərbaycan arasında
güclü qardaşlıq əlaqələri və iki milli Cəmiyyətin arasında humanitar əməkdaşlığın əhəmiyyəti vurğulanıb, Türk Qırmızı Şəbəkəsinin çətiri altında
aparılan birgə işlərin inkişafı və davam etdirilməsi üçün xoş arzular
bildirildi.
Görüşdə AzQAC nümayəndəliyinə yaradılan şəraitə,
göstərilən qayğı və diqqətə görə minnətdarlıq ifadə olunub.