Mülki müdafiyə dair məşq keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Mülki müdafiyə dair məşq keçirilib

2026-cı il mayın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və AzQAC Sumqayıt Regional Mərkəzi tərəfindən “SOCAR” Polimer zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb edilən heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub. Məşqə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin FMKD (Fövqəladə Mobil Könüllülər Dəstəsi) üzvləri , “SOCAR” Polimer zavodunun rəhbər və işçi heyəti cəlb olunub.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.Fövqəladə Mobil Könüllü Dəstəsinin məşq zamanı əsas funksiyası şərti yaralılara İlk Yardım göstərərək həkim personalına təqdim etmək idi.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.