Mina üzrə maarifləndirici tədbir

Əsas səhifə / XƏBƏRLƏR / Mina üzrə maarifləndirici tədbir

   2026-cı il mayın 18-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları arasında üçtərəfli görüş keçirilmişdir.

Görüşün məqsədi keçmiş məcburi köçkünlər arasında mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirmə fəaliyyətlərinə birgə dəstəyin verilməsi olub.

Görüşdə qarşılıqlı əməkdaşlıq nəticəsində işgaldan azad olunmuş ərazilərə köç edəcək insanların təhlukəsizliyini təmin etmək məqsədilə görüləcək işlər müzakirə edilmiş, maarifləndirmə sessiyalarının aparılacagı məkanlar bir daha müəyyənləşdirilmişdir. Eyni zamanda bu yönümlü fəaliyyətlərin zəruriliyi bir daha vurgulanmışdır.Görüş zamanı əvvəlki illərdə bu sahədə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmiş uğurlu fəaliyyətlər xüsusi vurgulanmış, layihənin davam etdirilməsi üçün hərtərəfli dəstəyin veriləcəyi qeyd edilmişdir.

     Görüşdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcracı Katibin müavini Şaban Şayev, İcraçı Katibin müavini, Silahlara qarşı mübarizə proqramının koordinatoru Məmməd Kətanov, BQXQAF Azərbaycan nümayəndəliyinin rəhbəri Aleksandr Mordovin, digər məsul şəxslər iştirak ediblər.

       Görüşün işgüzar şəraitdə və səmərəli keçməsi üçün təşkilati məsələlərin həllində göstərdikləri təşəbbüsə və hərtərfli diqqətə görə  Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili  cənab Novruz Aslanova görüş iştirakçıları adından dərin təşəkkürümüzü bildiririk.