2026-cı il may ayının 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Türk Dövlətləri Təşkilatına üzv olan milli Cəmiyyətlərin Qırmızı Şəbəkəsi çərçivəsində Gənclər Komitəsi nəzdində yaradılan Gənclər Şəbəkəsinin üzvləri arasında “Gigiyena və Şəxsi Təmizlik” mövzusunda təlim təşkil olunub.
Ümumilikdə 25 nəfər fəal gəncin
iştirak etdiyi tədbirə moderatorluq edən AzQAC İcraçı Katibinin müavinləri Səbinə
Məhbubi-İran və Xalidə İsgəndərova açılış nitqlərində iştirakçıları salamlayaraq
görüşün əsas məqsəd və gedişatını izah ediblər.
Sonra şəxsi gigiyenanın sağlamlıq üçün önəmi haqqında ətraflı təqdimat nümayiş olunub. Təqdimata əsaslanaraq iştirakçılara şəxsi gigiyenanın yoluxucu xəstəliklərdən qorunmaqda və sağlam həyat tərzinin formalaşmasında oynadığı mühüm rol vurğulanıb. Eyni zamanda qeyd edilib ki, gigiyena dedikdə sağlam ətraf mühitin qorunması və onu hər cür xəstəlik faktorlarından təmizlənməsi deməkdir. Daha sonra izah olunub ki, şəxsi gigiyena sağlamlıqla sıx bağlıdır. Məlumdur ki, bir çox xəstəlik mikrobları təmizliyə riayət etməyən insanlar arasında rahatlıqla yer alır. Sağlamlığı qorumaq üçün saç, bədən, ağız və dişlərin müntəzəm təmizlənməsi və paltarların tez-tez yuyulması lazımdır.
Nəzəri biliklərin real vərdişlərə
çevrilməsi, gündəlik həyatda tez-tez səhv
edilən gigiyenik qaydaların düzgün formada tədbiq edilməsi üçün təlimçilər
iştirakçılara əyani şəkildə nümayişlər etdirdilər:
• "Əllərin
Düzgün Yuyulması" qaydaları beynəlxalq ÜST standartlara uyğun şəkildə
addım-addım göstərilib.
• "Dişlərin
Düzgün Fırçalanması" mövzusunda fırçanın hərəkət istiqamətləri və ağız
boşluğunun tam qorunması üsulları xüsusi maketlər üzərində gənclərə izah edilib.
Qrup İşləri və Adaptasiya təlimin ən maraqlı hissələrindən biri olub. İştirakçılar böyük bir komanda şəklində verilən “Gigiyena və Şəxsi Təmizlik” mövzusundakı təqdimatı müxtəlif yaş qruplarına (uşaqlar, yeniyetmələr və s.) uyğunlaşdırmağı (adaptasiya etməyi) öyrəniblər. Bu metod gənclərin gələcəkdə bu təlimi öz icmalarında keçmək bacarıqlarını inkişaf etdirib.
Eyni zamanda təlim boyu gənclərin fəallığını artırmaq məqsədilə
sual-cavab sessiyaları və interaktiv sorğular keçirilib.
Böyük maraq və aktivliklə keçən tədbirin gedişatından rəngarəng
fotolar yaddaşa köçürülüb. Seminarın sonunda bütün iştirakçılar və təşkilatçılar
birlikdə xatirə şəkli çəkdiriblər və onlara Sertifikatlar paylanılıb.
Tədbir uğurla başa çatıb və gənclər şəbəkəsinin gücləndirilməsinə mühüm töhfə verib.