2026-cı il mayın 22-də SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Qaradağ Qazpaylayıcı Stansiyasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, idarəetmənin təşkili və qarşılıqlı fəaliyyət” mövzusunda mülki müdafiə təlimi keçirilib.
Təlimdə Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Mülki Müdafiə
qüvvələri,Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi riskli xilasetmə xidməti,
FHN-in Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon hissəsinin
yanğınsöndürənləri və AzQAC Sumqayıt Regional Mərkəzin Fövqəladə
Mobil Könüllü Dəstəsinin üzvləri iştirak edib.
Fövqəladə Mobil Könüllü Dəstəsinin məşq zamanı əsas funksiyası
şərti yaralılara İlk Yardım göstərərək həkim personalına təqdim etmək olub.
Uğurla keçən təlimindən sonra əldə edilmiş nəticələr müzakirə
olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.