Hər dövrdə özünəməxsus əlamət və xüsusiyyətləri ilə
meydana çıxan miqrasiya məsələləri, miqrantların problemlərinin həlli məsələsi
həmişə gündəmdə olub və bu gün də prioritet mövqedədir. AzQAC yarandığı gündən
bəri miqrasiya fəaliyyəti ərzində geniş
spektrdə çoxsaylı layihələrlə ölkənin həssas qrupları ilə işləmişdir.
Miqrasiya şöbəsi olaraq
ölkəyə gələn miqrant əhaliyə ödənişsiz Azərbaycan dili dərslərinin
keçilməsi kimi çox humanitar addımın atılması yolunda uğurla artıq 13-cü tədris
ilini başa vurmaqdadır. Miqrant valideynlər və uşaqlarına Azərbaycan dili ilə
yanaşı Azərbaycan tarixi, ədəbiyyatı,
coğrafiyası, mətbəxi, sosial-iqtisadi həyatı və ibtidai riyazi biliklər
haqqında da geniş məlumat verilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsində
Azərbaycan dili kursunun miqrant şagirdləri üçün Bakı ətrafı gəzinti təşkil
olunub. Hər il olduğu kimi bu ildə də mərhələli olaraq miqrant şagirdlər (10 nəfər)
Bakı ətrafı Şüvəlan və Mərdəkan kəndlərinə təbiət qoynuna gəzintiyə aparıldı.
Açıq dərs kimi planlaşdırılmış bu səfərdə qədim kənd məhəllələri, bağlar və
tarixi yerlərə baş çəkilib.
Miqrant şagirdlər çox gözəl vaxt keçirilib, əylənib və
onları maraqlandıran suallar müəllim Sona Hacıyeva tərəfindən cavablandırılıb
verilmişdir.