“1 İyun – ‘’Beynəlxalq Uşaqların Müdafiəsi Günü” münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ‘’Sağlam Ailə’’ Ailələrin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi ilə birgə bayram tədbiri keçirib.
Tədbirin əsas məqsədi
uşaqların hüquqlarının müdafiəsinə diqqət çəkmək, onların sağlam, təhlükəsiz və
xoşbəxt mühitdə böyümələrinin vacibliyini vurğulamaq, həmçinin onlara unudulmaz
bayram sevinci yaşatmaq olub.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər komitəsinin, təşkilat şöbəsinin əməkdaşları və könüllüləri fəal iştirak edərək, uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici fəaliyyətlər təşkil ediblər.
Tədbir zamanı onlara hədiyyələr təqdim olunub və onlara xoş əhval-ruhiyyə bəxş olunub.
Azərbaycan Qızıl Aypara
Cəmiyyəti gələcəkdə də uşaqların sosial rifahına və inkişafına töhfə verən bu
qəbirdən olan layihə və tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.