1 İyun – ‘’Uşaqların
Beynəlxalq Müdafiəsi Günü’’ münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon bölməsi tərəfindən təşkil olunan tədbir
çərçivəsində uşaqlara bayram hədiyyələri təqdim edilib.
Tədbirin məqsədi uşaqların sevincinə sevinc qatmaq, onlara qayğı və
diqqət göstərmək, bayram əhval-ruhiyyəsini bölüşmək olub. Tədbir çərçivəsində
20 nəfər uşağa rəsm dəftəri, rəngləmə kağızı, rəngli karandaş, termos, köpük
düzəldən, plastilin və pul qabı verilmişdir. Balacaların üzündəki təbəssüm və
sevinc dolu anlar günün ən gözəl xatirələrinə çevrilib.
Uşaqların xoşbəxtliyi və rifahı
naminə həyata keçirilən belə təşəbbüslər gələcəyimiz olan uşaqlara göstərilən
ən dəyərli qayğının nümunəsidir.
Bütün uşaqları Beynəlxalq
Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və
uğurlu gələcək arzulayırıq.