“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi” Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər komitəsi tərəfindən 4 nömrəli Uşaq Somatik Sanatoriyasında bayram tədbiri təşkil olunub.
Tədbirin əsas məqsədi uşaqların
hüquqlarının müdafiəsinə diqqət çəkmək, onların sağlam, təhlükəsiz və xoşbəxt
mühitdə böyümələrinin vacibliyini vurğulamaq, həmçinin onlara unudulmaz bayram
sevinci yaşatmaq olub.
Tədbirdə Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Gənclər komitəsinin, təşkilat şöbəsinin əməkdaşları və
könüllüləri fəal iştirak edərək, uşaqlar üçün müxtəlif əyləncəli və
maarifləndirici fəaliyyətlər təşkil ediblər.
Tədbir zamanı onlara hədiyyələr təqdim olunub və onlara xoş əhval-ruhiyyə bəxş olunub.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti gələcəkdə də uşaqların sosial rifahına və inkişafına töhfə verən bu qəbirdən olan layihə və tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.
Tədbirdə AzQAC-ın İcraçı Katibin müavinləri Xalidə İsgəndərova, Elşən Səlimzadə, Gənclər komitəsinin sədri Türkanə Atakişiyeva, Sanatoriyanın Rəhbərliyi, AzQAC-ın Xocavənd rayon bölməsinin əməkdaşları və könüllülər iştirak ediblər.