Pirallahı tədbiri

Əsas səhifə / XƏBƏRLƏR / Pirallahı tədbiri

Pirallahı rayonunda “01 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə silsilə tədbirlər təşkil olunub. Bu tədbirlər uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına, asudə vaxtlarının səmərəli təşkilinə və onların hərtərəfli inkişafının dəstəklənməsinə xidmət edən müxtəlif mədəni, maarifləndirici və əyləncəli proqramları əhatə edib.

Bu günlə bağlı Pirallahı rayonunda keçirilən tədbirdə iştirak edən AzQAC-ın Pirallahı RB əməkdaşları tərəfindən uşaqlara oyuncaqlar və məktəbli ləvazimatları, Cəmiyyətin inkişaflnda xüsusi fəal iştirakına görə fəxri fərman verilmişdir.