2026-cı ilin 4 iyununda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş
Ofisində İtaliya Qızıl Xaçı tərəfindən maliyyələşdirilən “İcma və
məktəb əsaslı Fəlakət Risklərinin Azaldılması” layihəsi çərçivəsində
görüş keçirilib.Görüşdə layihənin koordinatoru, İtaliya Qızıl Xaçının Qafqaz üzrə
Regional Nümayəndəsi Simona Rescigno iştirak edib.Görüş zamanı layihənin icra vəziyyəti, görülmüş işlər və əldə
olunan nəticələr ətraflı müzakirə olunub. Layihə çərçivəsində indiyədək həyata
keçirilmiş fəaliyyətlər, icmalarla keçirilən görüşlər, təşkil olunan təlimlər
və onların icmaların hazırlıq səviyyəsinin artırılmasına verdiyi töhfələr
nəzərdən keçirilib.Həmçinin layihə üzrə hesabatların təqdim olunması prosesi,
fəaliyyətlərin uğurla davam etdirilməsi, qarşıya çıxan çətinliklər və onların
aradan qaldırılması üçün görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları layihənin növbəti mərhələlərində həyata keçirilməsi
planlaşdırılan fəaliyyətləri müzakirə edərək gələcək əməkdaşlıq istiqamətlərini
müəyyənləşdiriblər.Görüş layihənin məqsədlərinə nail olunması, icmaların və
məktəblərin fəlakətlərə hazırlıq səviyyəsinin gücləndirilməsi istiqamətində
görülən işlərin qiymətləndirilməsi və gələcək fəaliyyətlərin planlaşdırılması
baxımından əhəmiyyətli olub.