Xeyriyyə aksiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Xeyriyyə aksiyası keçirilib

2026-cı ilin iyun ayı ərzində ‘’Uşaqların Beynəlxalq Müdafiəsi Günü’’ münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzi və Nizami rayon bölməsinin təşəbbüsü ilə sosial həssas ailələrdən olan uşaqlar üçün silsilə xeyriyyə məqsədli sünnət aksiyaları həyata keçirilib. Aksiyalar TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada, eləcə də Modern Hospitalda peşəkar həkim heyətinin iştirakı ilə yüksək tibbi standartlara uyğun şəkildə təşkil olunub. Layihənin əsas məqsədi uşaqların sağlamlığının qorunmasına dəstək vermək, ailələrin sosial yükünü azaltmaq və onların sevincinə töhfə vermək olub.

Aksiyalar çərçivəsində çoxsaylı uşaqlara ödənişsiz tibbi xidmət göstərilib, onların sağlamlığı və rifahı diqqət mərkəzində saxlanılıb. Tədbirdə bu nəcib təşəbbüsün həyata keçirilməsinə verdiyi dəstəyə görə TƏBİB-ə, Yeni Klinikanın və Modern Hospitalın rəhbərliklərinə, bütün tibbi heyətə, eləcə də layihənin uğurla icrasında xüsusi əməyi olan şəxslərə, o cümlədən Yeni Klinikanın İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Eyyub Məmmədoğluya və Modern Hospitalın rəhbəri Dr. Tariyel Ömərovaya minnətdarlıq ifadə olunub.

Tədbirlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin, eləcə əd Nizami rayon bölmələsinin əməkdaşları və könüllülər fəal iştirak ediblər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq sosial həssas ailələrin yanında olmaq və bu kimi humanitar layihələri gələcəkdə də davam etdirmək bizim ənənəvi missiyamızdır çalışırıq. Bu xeyirxah işdə əməyi olan bütün tərəfdaşlara, könüllülərə və xeyriyyəçilərə təşəkkür etməklə, bütün uşaqlara sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq.