2026-cı il iyunun 11-də Sumqayıt şəhər 1 saylı ASAN
Xidmət mərkəzində obyekt mülki müdafiə məşqi təşkil olunub. Təlimin
məqsədi fövqəladə hallar zamanı işçilərin düzgün davranış qaydalarını mənimsəməsi,
təhlükəsizliyin təmin edilməsi və əməli fəaliyyətlərin səmərəli əlaqələndirilməsidir.
Təlim zamanı fövqəladə
hal (yanğın və ya zəlzələ ssenarisi üzrə) barədə xəbərdarlıq siqnalının verilməsi,
əməkdaşların təhlükəsiz şəkildə təxliyəsi, ilk yardımın göstərilməsi və hadisə
yerində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi mərhələləri icra olunub.
Təlim iştirakçıları fövqəladə
hallara hazırlıq səviyyəsinin artırılmasına, operativ reaksiya və qarşılıqlı fəaliyyət
bacarıqlarının təkmilləşdirilməsinə xidmət edib. Tədbir çərçivəsində müxtəlif
qurumlar arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti bir daha
vurğulanıb.
Təlimdə FHN Sumqayıt Regional Mərkəzinin
əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin
Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri,
həmçinin müəssisənin mülki müdafiə qüvvələri iştirak ediblər.