Hüquqi şirkət ilə görüş

Əsas səhifə / XƏBƏRLƏR / Hüquqi şirkət ilə görüş

2026-cı il iyunun 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə Azorium Legal Company arasında işgüzar görüş keçirilib.

Görüş zamanı tərəflər qarşılıqlı olaraq fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və institusional imkanları barədə məlumat mübadiləsi aparıblar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar fəaliyyəti, sosial proqramları və həssas əhali qruplarına göstərilən dəstək tədbirləri təqdim olunub, eyni zamanda Azorium Legal Company tərəfindən hüquqi xidmətlər sahəsində həyata keçirilən fəaliyyət və təcrübə haqqında ətraflı məlumat verilib.

Müzakirələr çərçivəsində tərəflər arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib, birgə təşəbbüslərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Görüşdə əməkdaşlığın ilkin mərhələləri, qarşılıqlı maraq doğuran istiqamətlər və gələcək fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə səmərəli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.