2026-ci il iyunun 17-də Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Qobustan rayon bölməsinin əməkdaşları və könüllüləri
üçün İlk Yardım təlimi təşkil olunub. Təlim
Qobustan Gənclər Mərkəzində keçirilib.
Təlimin məqsədi əməkdaş və könüllülərin İlk Yardım üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, mövcud biliklərinin yenilənməsi olub. Tədbirdə Gənclər Mərkəzinin bir qrup əməkdaşı da iştirak edib.
Tədbirin
açılışında AzQAC-ın İcraçı katibinin müavini, Sağlamlıq və qayğı şöbəsinin müdiri
Səbinə Məhbubi-İran iştirakçılara təlim proqramı barədə məlumat verib. O
bildirib ki, İlk Yardım təlimləri AzQAC əməkdaşları və könüllüləri üçün vacib və
ənənəvi təlimlərdəndir.
Təlim AzQAC-ın İlk Yardım üzrə mütəxəssisi və koordinatoru Dr. Şahin Biləndərli tərəfindən keçirilib. İştirakçılara hadisə yerinin qiymətləndirilməsi, zərərçəkənin ilkin müayinəsi, ürək-ağciyər reanimasiyası , istivurma və günvurma zamanı ilkin yardım, tənəffüs yollarında yad cisim olduqda göstərilən yardım, eləcə də ilan sancmaları zamanı düzgün davranış qaydaları barədə nəzəri və praktiki biliklər təqdim olunub.
Təlim çərçivəsində aşağıdakı həyati vacib mövzular təhlil edilmişdir:
· Hadisə yerinin qiymətləndirilməsi: Təhlükəsizliyin təmin edilməsi və növbəti addımların müəyyənləşdirilməsi.
· Zərərçəkənin müayinəsi: vəziyyətinin ilkin yoxlanılması və "Bərpa vəziyyəti"nə (stabil yan vəziyyətə) gətirilməsi.
· Ürək-Ağciyər Reanimasiyası (ÜAR): Dolayı ürək masajı və süni tənəffüs qaydaları. Burada böyüklər və uşaqlar (0-14 yaş) arasındakı fizioloji fərqlər və reanimasiya xüsusiyyətləri xüsusi qeyd olunub.
· İstivurma zamanı ilkin tibbi yardım qaydalarının öyrənilməsi: Günvurma və istivurma hallarında zərərçəkənə dərhal və düzgün müdaxilə etmək üçün təxirəsalınmaz ilkin yardım mənimsənilməsi və tətbiq edilməsi.
· Tənəffüs yollarında yad cisim: Boğulma zamanı "Heymlix manevri", böyüklərdə və uşaqlarda olan xüsusiyyətlər.
· İlan sancması təhlükəsi və təxirəsalınmaz ilkin yardım: İsti yay mövsümündə aktivləşən zəhərli sürünənlərlə rastlaşma riskləri, ilan sancması zamanı panikaya düşmədən edilməli olan ilk addımlar və yolverilməz olan səhvlərin öyrənilməsi.

AzQAC Qobustan rayon bölməsinin sədri Nemət Alcanov tədbirin təşkilinə görə təşəkkürünü bildirərək, bu cür maarifləndirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Təlimin sonunda AzQAC-ın Qobustan rayon bölməsinə İlk Yardım üzrə metodiki vəsaitlər, könüllülərlə işə dair materiallar və praktiki təlim ləvazimatları təqdim edilib.