Maarifləndirmə sessiyaları davam edir

Əsas səhifə / XƏBƏRLƏR / Maarifləndirmə sessiyaları davam edir

2026-cı il 19-20 iyun tarixlərində Ağdam rayonunun  Baharlı qəsəbəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirici sessiyalar həyata keçirildi.  

AzQAC-ın Ağdam rayon bölməsinin   könüllüləri tərəfindən  adı çəkilən məkanda    “Qapı-qapı” keçirilən sessiyaların aparılmasının  əsas məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirmək olub. Könüllülər hər bir evə  gedərək sakinlərə  zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.

Sessiyalar zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb. Fəaliyyət müddətində  yerli qürumlarla müvafiq koordinasiya təşkil edilərək  könüllülərlin fəaliyyəti üçün zəruri şərait təmin edilib. Sakinlər bu maarifləndirmənin zəruri olduğunu xüsusi vurğulamış,onlar tərəfindən bu fəaliyyətlər rəgbətlə qarşılanıb

Yerli sakinlər  bu fəaliyyətlərin həyata keçrilməsində göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.