2026-cı il iyunun 23-də Türkiyə Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə Türk Qırmızı Şəbəkəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən onlayn vebinar təşkil olunub.
Vebinar zamanı ilk yardım, mina təhlükəsi və gənclər
hərəkatı mövzularını əhatə edən üç təqdimat iştirakçılara təqdim edilib.
Təqdimatlardan hər bir istiqamət üzrə həyata keçirilən fəaliyyətlər, əldə
olunan təcrübələr və gələcək planlar barədə ətraflı məlumat verilib.
Müzakirələrdə iştirakçılar tərəfindən müxtəlif suallar səsləndirilib, təqdimatçılar tərəfindən isə həmin suallar ətraflı şəkildə cavablandırılıb. Vebinar qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlığın daha da gücləndirilməsi baxımından faydalı platforma rolunu oynayıb.
Tədbirdə Türk Qırmızı Şəbəkəyə daxil olan milli cəmiyyətlərin nümayəndələri iştirak edib.