Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tərəfdaş təşkiltlarla birlikdə əlilliyi olan uşaqlar və ailə üzvləri üçün tibbi-humanitar aksiya keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tərəfdaş təşkiltlarla birlikdə əlilliyi olan uşaqlar və ailə üzvləri üçün tibbi-humanitar aksiya keçirildi

2026-cı il iyun ayının 28-də AzQAC Sağlamlıq və qayğı könüllü sağlamlıq işçiləri tərəfindən “Əlilliyi olan qadınlara sosial dəstək” İctimayyi Birliyi (İB), “Əlilliyi olan insanlara Sosial dəstək” İB təşkilatçılığı ilə  əlilliyi olan uşaq və valideynlərə humanitar aksiya keçirilmişdir.

Tədbirdə AzQAC İcraçı katibin müavini, Sağlamlıq və qayğı şöbəsinin müdiri S.Məhbubi-iran tədbirin iştirakçılarına müraciət edərək qeyd etdi ki, Qızıl Aypara Cəmiyyətinin əsas  prioriteti cəmiyyətin ən həssas qruplarına dəstək olmaqdır. Buna görə də cəmiyyətin nümayəndələri  daima xüsusi qayğıya ehtiyacı olan insanların (böyüklərin, uşaqların, yaşlıların) yanındadır və belə tərzdə ardıcıl olaraq aksiyaları təşkil edir.

AzQAC, “İcmaya əsaslanan sağlamlıq proqramının mütəxəssisi M.Qaraxanova tədbirin məqsədini açıqlayaraq, “Əlilliyi olan uşaq və valideynlərin sağlamlığın qorunmasında tibb işçilərinin rolu” mövzusunda çıxış etdi. Təqdimatın sonunda Mətanət xanım qeyd etdi ki, “Biz istəyirik ki, hər bir uşaq özünü cəmiyyətin qorunan və dəyərli bir parçası hiss etsin. Qızıl Aypara Cəmiyyəti həmişə insanların yanında olacaq.”

Fürsətdən istifadə edərək AzQAC-ın nümayəndələri məkanın rəhbərliyi, könüllü sağlamlıq işçilərinə, tərəfdaşlara dərin təşəkkürlərinin bildirdilər. Qeyd etmək lazımdır ki, Tədbirin həyata keçirilməsində Güvən dayə xidməti”, Philips Avent, Sleepy, Palmes  kimi şirkətlər tərəfindən humanitar dəstək verilmişdir.
Tədbirin 2-ci hissəsində AzQAC-n altı nəfər könüllü sağlamlıq işçiləri  tərəfindən  85 nəfər əlilliyi olan uşaq və onların valideyn və bacı qardaşları müayinə olunub, qan təzyiqləri yoxlanılıb, valideynlərlə söhbətlər aparılıb və müvafiq tövsiyələr verilmişdir. Eyni zamanda valideynlərlə ÜST Sağlamlıq sorğusu PHQ-9 aparılmışdır.

Tədbirin sonunda “Əlilliyi olan qadınlara sosial dəstək” İctimayyi Birliyi adından çıxış edən Təranə Müsayevə tədbirin təşkil olunmasında, dəstəyin göstərilməsində Azərbycan Qızıl Aypara Cəmiyyəti, könüllü sağlamlıq işçiləri, tərəfdaş təşkilatlara valideynlər və uşaqlar adından dərin təşəkkürünü bildirdi.
Tədbir boyu və tədbirin sonunda şəkillər və videolar çəkilmiş, ailələrə hədiyyələr təqdim olunmuşdur.