Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nərimanov rayonunda İstivurma Kampaniyasını təşkil edib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nərimanov rayonunda İstivurma Kampaniyasını təşkil edib

Qeyd etmək lazımdır ki, bu təşəbbüs qlobal yüksələn temperaturdan həssas əhali qruplarını qorumaq üçün gücləndirdiyi geniş miqyaslı səfərbərliyin bir hissəsidir. Kampaniya dünyada Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin get-gedə daha şiddətli və tez-tez baş verən istilik dalğalarına qarşı reaksiya verərkən istifadə etdiyi qlobal şüarlar altında həyata keçirilib: "İstidən qorunun: sağlam qalın""İstidən qorunun: su için, sərin qalın, təhlükəsiz qalın, məlumatlı olun."

Belə ki, növbəti təşəbbüs Nərimanov rayonunda, şəhərin mərkəzi parklarından birində təşkil edilmişdir. Kampaniyada cəmiyyətin Baş Qərargahı, Bakı Regional Mərkəzi və ona daxil olan yerli bölmələrin 30 nəfər əməkdaş və könüllü fəallıqla iştirak edərək sakinlərə həddindən artıq isti havadan qorunmaqda kömək etmək üçün bir araya gəliblər.

Könüllülər parka gələnlərə 400 ədəddən artıq içməli su paylayıb, uzun müddət günəş altında qalmamaq, isti havadan qorunmaq üçün kölgəlik, sərin olan yerdə əyləşməyi, yüngül geyimlər geyinmək tövsiyə edib, mayeni tarazlamaq, gün ərzində kifayət qədər su içmək barədə və istidən yaranan xəstəliklərin ilkin əlamətlərini tanımaq kimi sadə və praktiki məsləhətlər veriblər.

AzQAC-ın əməkdaşları və könüllüsü bildiriblər ki, həddindən artıq isti hava hər kəsə təsir edə bilər, lakin ən çox uşaqlar, yaşlı insanlar və xroniki xəstəliyi olanlar üçün təhlükəlidir.

Bu tədbir AzQAC-ın əməkdaşları və könüllüləri ilə yanaşı yerli icra hakimiyyəti orqanları və bələdiyyə ilə sıx əməkdaşlıq sayəsində mümkün olub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan bu növ aksiyaların mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.