Azərbaycan Qızıl Aypara Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Gənc Qırmızı Şəbəkəsinin" üzvləri üçün Yay Məktəbinə növbəti qrup üzvləri qoşuldu

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Gənc Qırmızı Şəbəkəsinin" üzvləri üçün Yay Məktəbinə növbəti qrup üzvləri qoşuldu
 Another group of participants has joined the Summer School for members of the “Youth Red Network,” operating under the Azerbaijan Red Crescent Society.

2026-cı il 6-7 iyul tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən "Gənc Qırmızı Şəbəkəsinin" üzvləri (Türk Dövlətləri Təşkilatına üzv olan milli Cəmiyyətlərin Qırmızı Şəbəkəsi çərçivəsində və Gənclər Komitəsi nəzdində yaradılan şəbəkəsi) üçün təşkil olunan təlimlərin davamına növbəti 16 nəfər qrup üzvü qoşulubdur.

Təlim proqramında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı (tarixi, tərkib hissələri, Fundamnetal Prinsipləri, fəaliyyət növləri) və İlk Tibbi Yardım (Qaydalar, müxtəlif şəraitdə göstərilən kömək, Kritik hallar, ÜAR, Qanaxmalar, Sınıqlar və s.) mövzuları əhatə edilib. Təlimlər nəzəriyyə ilə yanaşı, xüsusilə İlk Tibbi Yardım sahəsində praktiki məşğələləri də əhatə edir.

Təlimdə iştirak edənlər sertifikatlarla təltif edildi. Bundan öncə və hazırkı qrupun iştirakçıları təlimlərin həm məzmunundan, həm də təşkilatçılıq səviyyəsindən yüksək səviyyədə razı qaldıqlarını bildiriblər.

Təlimlər zamanı yadda qalan anlar fotoşəkillərdə əks olunub.

Qızıl Aypara Cəmiyyəti gənclərin maarifləndirilməsi və humanitar dəyərlərin təbliğinə yönəlmiş belə təşəbbüsləri bundan sonra da davam etdirəcək.