Yay aylarında yüksək hava temperaturunun təsiri və
istivurmaya məruz qalma ehtimalı artır. Bununla bağlı Azərbaycan Qızıl Aypara
Cəmiyyəti (AzQAC) 2026-cı il iyulun 9-da Qobustan və Şamaxıda “İstidən qorunun,
sağlam qalın” şüarı altında maarifləndirmə kampaniyası keçirib. Tədbirlər
Qobustan Mərkəzi Xəstəxanasında, yol kənarlarında sürücülər arasında, həmçinin
AzQAC-ın Qobustan və Şamaxı rayon bölmələrinin ofisləri ətrafında və mərkəzi
ərazilərdə təşkil olunub.
Tədbirlərdə AzQAC-ın Baş Qərargahı, Qobustan və Şamaxı
rayon bölmələrinin əməkdaşı və könüllüləri (ümumi 25 nəfər) fəallıqla iştirak
edib.
Qeyd etmək lazımdır ki, kampaniyaların təşkil
olunmasında yerli icra hakimiyyətlərinin və Qobustan Mərkəzi Xəstəxanasının
böyük rolu olmuşdur. Tədbirlər zamanı paylanılan sular və maarifləndirici
materiallar (ümumi 1000 ədəd) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının (İFRC), həmçinin İtaliya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə
təmin edilmişdir.
Kampaniyalarının əsas məqsədi əhali arasında günvurma,
susuzlaşma və yüksək temperaturun yaratdığı sağlamlıq riskləri barədə
məlumatlılığı artırmaqdır. Xüsusi diqqət uşaqlara, yaşlı insanlara və açıq
havada işləyən vətəndaşlara yönəldilmişdir.
Belə ki, Qızıl Aypara könüllüləri seçilmiş ərazilərdə əhaliyə
"istidə necə davranmalı, nə etməli" mesajlarını ötürmüş bukletlər, plakatlar
vasitəsilə diqqətlərini cəlb etmiş və su paylamışlar. Materiallarda əks olunan
əsas tövsiyələr aşağıdakılardan ibarət idi:
- Günorta saat 11:00-dan 16:00-dək günəş altında qalmamaq
- Gündə 1-2 litr su içmək
- Yüngül, açıq rəngli paltar geyinmək
- Evdə və iş yerində sərin yeri təmin etmək
-Səhhətdə fikir vermək
-Uşaqlara, yaşlılara və açıq havada işləyənlərə xüsusi diqqət
yetirilməlidir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları “Hər
il istidən əziyyət çəkənlərin sayı artır. Bizim vəzifəmiz insanları qabaqcadan
xəbərdar etmək və sadə qaydalara riayət etməyə təşviq etməkdir. Çox vaxt bir
şüşə su və düzgün davranış həyat xilas edə bilər."-deyərək bildirdilər.
Kampaniyalar zamanı görülən işləri, əhali ilə keçirilən
maarfləndirməni əks etdirən geniş fotoreportaj hazırlanmışdır.