“İstidən qorunun, sağlam qalın”

Əsas səhifə / XƏBƏRLƏR / “İstidən qorunun, sağlam qalın”

Yay aylarında yüksək hava temperaturunun təsiri və istivurmaya məruz qalma ehtimalı artır. Bununla bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 2026-cı il iyul ərzində  Minqəçevir, Astara və Cəlilabadda “İstidən qorunun, sağlam qalın” şüarı altında maarifləndirmə kampaniyaları keçirib. AzQAC-ın qeyd olunan rayon bölmələrinin ofisləri ətrafında və mərkəzi ərazilərdə təşkil olunub.
Tədbirlərdə Minqəçevir və Lənkəran rayon bölmələrinin   
əməkdaşı və könüllüləri fəallıqla iştirak edib.
 
Qeyd etmək lazımdır ki, kampaniyaların təşkil olunmasında yerli icra hakimiyyətlərinin böyük rolu olmuşdur. Tədbirlər zamanı paylanılan sular və maarifləndirici materiallar (ümumi 1000 ədəddən çox) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQXF), həmçinin İtaliya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə təmin edilmişdir.
 
Kampaniyalarının əsas məqsədi əhali arasında günvurma, susuzlaşma və yüksək temperaturun yaratdığı sağlamlıq riskləri barədə məlumatlılığı artırmaqdır. Xüsusi diqqət uşaqlara, yaşlı insanlara və açıq havada işləyən vətəndaşlara yönəldilmişdir.
 
Belə ki, Qızıl Aypara könüllüləri seçilmiş ərazilərdə əhaliyə "istidə necə davranmalı, nə etməli" mesajlarını ötürmüş bukletlər, plakatlar vasitəsilə diqqətlərini cəlb etmiş və su paylamışlar. Materiallarda əks olunan əsas tövsiyələr aşağıdakılardan ibarət idi:
- Günorta saat 11:00-dan 16:00-dək günəş altında qalmamaq  
- Gündə 1-2 litr su içmək  
- Yüngül, açıq rəngli paltar geyinmək  
- Evdə və iş yerində sərin yeri təmin etmək
-Səhhətdə fikir vermək
-Uşaqlara, yaşlılara və açıq havada işləyənlərə xüsusi diqqət yetirilməlidir.
 
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları “Hər il istidən əziyyət çəkənlərin sayı artır. Bizim vəzifəmiz insanları qabaqcadan xəbərdar etmək və sadə qaydalara riayət etməyə təşviq etməkdir. Çox vaxt bir şüşə su və düzgün davranış həyat xilas edə bilər."-deyərək bildirdilər.
 
Kampaniyalar zamanı görülən işləri, əhali ilə keçirilən maarfləndirməni əks etdirən geniş fotoreportaj hazırlanmışdır.