Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Siyəzən şəhərinin Mədəniyyət Klubunun qarşısında "İstidən Qorunma" adlı maarifləndirmə kampaniyası təşkil edilib. Tədbir yerli icra hakimiyyətinin təşkilatı dəstəyi ilə həyata keçirilib.
Kampaniyanın təşkilatçıları və
aparıcıları sırasında AzQAC-ın Baş Qərargahının, Sumqayıt Regional Mərkəzinin,
eləcə də Sumqayıt, Siyəzən və Şabran yerli
bölmələrinin əməkdaşları və könüllüləri
iştirak edib. Tədbirdə təşkilatın bir neçə
struktur səviyyəsinin — mərkəzi, regional və yerli bölmələrin — birgə iştirakı
kampaniyanın əhatə dairəsini genişləndirib və koordinasiyalı fəaliyyətin uğurlu
nümunəsini nümayiş etdirib.
Keçirilən aksiyada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQXF), həmçinin İtaliya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə yanaşı, Sumqayıt RB-i təşəbbüsü ilə dəstək göstərdi.
Yay aylarının yüksək
temperaturunun səbəb ola biləcəyi sağlamlıq risklərini azaltmaq məqsədilə
keçirilən kampaniya çərçivəsində:- Yerli əhali isti hava şəraitində düzgün davranış qaydaları barədə maarifləndirilib.
- 300 ədəd su
paylanılaraq susuzlaşmanın qarşısının alınmasına dəstək olunub.
- 400 ədəd
məlumat bukleti paylanılaraq iştirakçılara istivurmanın
əlamətləri və qoruyucu tədbirlər barədə yazılı məlumat təqdim edilib.
Siyəzəndə keçirilən bu kampaniya
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkə səviyyəsində — mərkəzi qərargahdan
tutmuş yerli bölmələrə qədər — vahid komanda kimi fəaliyyət göstərmə
bacarığının növbəti təsdiqidir. Yerli icra hakimiyyəti ilə əməkdaşlıq isə bu
cür təşəbbüslərin daha geniş kütləyə çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti isti hava
dövründə əhalinin sağlamlığının qorunması istiqamətində bu kimi kampaniyaları
ölkənin digər regionlarında da təşkil
etmiş və isti havaların davamını
izləyərək buna uyğun zəruri tədbirlərin görülməsini planlaşdırır.