2026-cı il
iyulun 30-da Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda növbəti
dəfə seçiciləri qəbul edib.
Millət vəkili günün birinci yarısında İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən “Dəyərlərimizi ötürək” adlı tədbirdə iştirak edib. Günün ikinci yarısında isə Novruzəli Aslanov rayonun iki kəndində - Xəlilli və Eyubbəyli kəndlərində sakinləri qəbul edib. Xəlilli kəndində keçirilən görüşdə yaxınlıqda yerləşən Külüllü kəndinin sakinləri də qatılıblar.
Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər
və şəxsi müraciətlər müzakirə olunub. Millət vəkili sakinlər tərəfindən
qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və
onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.