İstidən Qorunma" Kampaniyası davam edir

Əsas səhifə / XƏBƏRLƏR / İstidən Qorunma" Kampaniyası davam edir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Bərdə, Tərtər, Gəncə və Ağdam şəhərlərində "İstidən Qorunma" adlı maarifləndirmə kampaniyaları təşkil edilib. Tədbir yerli icra hakimiyyətinin təşkilatı dəstəyi ilə həyata keçirilib.
Kampaniyada Bərdə
yerli bölmələrinin əməkdaşları və könüllüləri iştirak edib. Tədbirdə təşkilatın bir neçə struktur səviyyəsinin — mərkəzi, regional və yerli bölmələrin — birgə iştirakı kampaniyanın əhatə dairəsini genişləndirib və koordinasiyalı fəaliyyətin uğurlu nümunəsini nümayiş etdirib.

Yay aylarının yüksək temperaturunun səbəb ola biləcəyi sağlamlıq risklərini azaltmaq məqsədilə keçirilən kampaniya çərçivəsində:
Yerli əhali isti hava şəraitində düzgün davranış qaydaları barədə maarifləndirilib. 

1200-dan artıq ədəd su paylanılaraq susuzlaşmanın qarşısının alınmasına dəstək olunub.

1100-dən çox ədəd məlumat bukleti paylanılaraq iştirakçılara istivurmanın əlamətləri və qoruyucu tədbirlər barədə yazılı məlumat təqdim edilib.

Keçirilən aksiya Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQXF), həmçinin İtaliya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə yanaşı, Bərdə RB-i öz təşəbbüsü ilə dəstək göstərdi. 

Müxtəlif şəhərlərdə keçirilən bu kampaniya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkə səviyyəsində — mərkəzi qərargahdan tutmuş yerli bölmələrə qədər — vahid komanda kimi fəaliyyət göstərmə bacarığının növbəti təsdiqidir. Yerli icra hakimiyyəti ilə əməkdaşlıq isə bu cür təşəbbüslərin daha geniş kütləyə çatdırılmasında mühüm rol oynayır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti isti hava dövründə əhalinin sağlamlığının qorunması istiqamətində bu kimi kampaniyaları ölkənin digər regionlarında da təşkil etmiş və isti havaların davamını izləyərək buna uyğun zəruri tədbirlərin görülməsini planlaşdırır.