Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

2026-cı il avqust ayının 5-də Nəsimi rayon bələdiyyəsində Nəsimi rayon icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının sədrinin müavini - Mərkəzi aparatın rəhbəri Tahir Budaqovun rayon sakinləri ilə ənənəvi səyyar görüşü keçirilib. Görüşdən sonra T. Budaqov həmin binada yerləşən Azərbaycan Qızıl Aypara Cəmiyyətini ziyarət edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla qonaq arasında səmimi söhbət baş tutub.

Söhbət zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, Cəmiyyətin qarşıdakı fəaliyyət istiqamətlərindən bəhs edilib.

Görüşün sonunda Azərbaycan AzQAC-ın fəaliyyətində göstərdiyi xidmətlərə görə Tahir Budaqova "Azərbaycan QAC-ın 105 illiyi" yubiley medalı təqdim olunub.