2026-cı il avqustun 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Ofisində Cenevrə Konvensiyalarına və əlavə protokollarına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə açaraq iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib. O, eyni zamanda gəncləri ‘’Beynəlxalq Gənclər günü’’ münasibətilə də təbrik edib.
Tədbirdə
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri iştirak ediblər.
Görüş zamanı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma tarixi, fəaliyyəti
və əsas prinsipləri barədə ətraflı məlumat verilib.
Daha
sonra Cenevrə Konvensiyalarının və əlavə protokolların yaranma tarixi, məqsədləri
və beynəlxalq humanitar hüququn formalaşmasında rolu haqqında məlumatlar diqqətə
çatdırılıb. Konvensiyaların silahlı münaqişələr zamanı insanların, xüsusilə
mülki şəxslərin, yaralıların və hərbi əsirlərin müdafiəsinin təmin edilməsində önəmli
əhəmiyyəti vurğulanıb.
Tədbir iştirakçıların mövzu ətrafında fikir mübadiləsi və müzakirələri ilə davam etdirilib.
Tədbirdə keçirilən sual-cavab əsasında qalibə hədiyyə verilib və qrup şəkli çəkilib. Sonda tədbrik iştirakçılarına sertifikatlar təqdim olunub.