Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi Bərdə rayon könüllüləri ilə görüşüb
Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi Bərdə rayon könüllüləri ilə görüşüb
2026-cı il avqustun 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rəhbərliyi Bərdə RB əməkdaşları və könüllüləri ilə görüş keçirib. Görüşün əsas məqsədi regionda humanitar fəaliyyətin mövcud vəziyyətini dəyərləndirmək, könüllülər şəbəkəsinin fəaliyyətini gücləndirmək və gələcək sosial layihələri müzakirə etmək olub.
Tədbir zamanı Cəmiyyət rəhbərliyi humanitar missiyanın həyata keçirilməsində könüllülərin rolunu yüksək qiymətləndirib. Vurğulanıb ki, Bərdə rayon bölməsi əhalinin sosial baxımdan həssas qruplarına dəstək göstərilməsi, fövqəladə hallara hazırlıq və maarifləndirmə tədbirlərinin təşkilində fəal iştirak edir.
Görüş qarşılıqlı fikir mübadiləsi formatında davam edib. Könüllülər öz təcrübələrini bölüşüb, yerli səviyyədə fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.